"Əslində Hacı Cavad məscidi ilə bağlı qərarlar təqdir olunmalıdır" MÜNASİBƏT

"Əslində Hacı Cavad məscidi ilə bağlı qərarlar təqdir olunmalıdır" MÜNASİBƏT

Fazil Mustafa: "Hacı Cavad məscidi məsələsini başqa istiqamətə yönəldənlərin siyasi məqsədləri var"

“Hacı Cavad məscidi ilə bağlı məsələnin başqa məcraya yönəldilməsi artıq məqsədyönlü xarakter daşıyır. İnsanlara ibadət yeri lazımdısa, Prezident İlham Əliyev bu istiqamətdə yerində, sağlam bir davranış nümunəsi göstərərək Hacı Cavad məscidinin yeni ünvanda tikilməsi ilə bağlı tapşırıq verib və hazırda da bu istiqamətdə işlər gedir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Fazil Mustafa deyib.

O bildirib ki, Azərbaycan prezidentinin atdığı addım bir daha göstərdi ki, ölkəmizdə dinə böyük hörmət var və məscidlərə qarşı hər hansı neqativ qüvvə yoxdur: “Daha bundan artıq nə istəyirlər? Köhnə, xaraba məscidin yerinə, yeni ünvanda, modern məscid tikilir. İbadətlə məşğul olan insanlar üçün bundan gözəl nə ola bilər? Bu baxımdan düşünürəm ki, bəzi qüvvələrin bəhanələri başqadır və onların məsələni başqa istiqamətə yönətmələrinin arxasında siyasi məqsədlər dayanır. Əslində onlar Hacı Cavad məscidi ilə bağlı qərarları təqdir edib, müsbət yanaşmalıdırlar”.

Qeyd edək ki, ərazidəki abadlıq və yenidənqurma işləri ilə əlaqədar Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib. Komissiya hazırkı məscidin yararsız olduğunu nəzərə alaraq rayon ərazisində yeni yerin ayrılması və möminlər üçün daha geniş məscidin tikilməsi barədə qərar qəbul edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə