Çimərlik mövsümünün canlanması boğulma xəbərlərini də artırıb. Məlumata görə, Mingəçevirdə 47 yaşlı kişi kanalda boğulub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında bir nəfərin batması barədə məlumat alan kimi kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. 47 yaşlı Marif Məmmədovun cəsədi sudan çıxarılıb, aidiyyəti üzrə təhvil verilib. Hadisənin baş vermə səbəbləri araşdırlır.
Bakıda isə bir qızla oğlan dənizdə boğulublar. Bu barədə də Fövqəladə Hallar Nazirliyinin böhran vəziyyətlərində idarəetmə mərkəzi məlumat yayıb. Qeyd edilib ki, paytaxtın Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olan kimi kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə göndərilib. Axtarışlar nəticəsində məlum olub ki, dənizdə batan şəxslər qız və oğlandır. Onların şəxsiyyəti hələlik məlum deyil.
Sərhədçilər isə batma təhlükə ilə üzləşən balıqçıları xilas ediblər.
Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin növbətçi gəmisi tərəfindən Hövsan reydində rəsmiləşdirilərək dənizə çıxmış, içərisində 2 nəfərin olduğu qayığın zədə nəticəsində batması barədə məlumat əldə edilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində həyatları təhlükə altında olan balıqçılar - Bakı şəhər Xəzər rayonu Türkan qəsəbə sakinləri, 40 yaşlı Seyfulla Quliyev, 43 yaşlı Xeyrulla Quliyev xilas olunublar. Xilas edilmiş balıqçılara ilkin tibbi yardım göstərilib, onlara məxsus zədələnmiş qayıq sahilə çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB