Şəhid zabitin əkiz övladı oldu

Şəhid zabitin əkiz övladı oldu

Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Şahlar Nəzərovun əkiz oğlanları dünyaya gəlib. Vətən uğrunda övladını fəda edən ailənin nəcə sevincinin həddi hüdudu yoxdur.

Şəhid zabitin atası Yaşar Nəzərov uşaqların birinə oğlunun, digərinə isə öz adını verib. O, bununla da qəhrəman oğlunun adını belə əbədiləşdirib.
Hazırda xüsusi həkim nəzarəti altında olan uşaqların sağlamlığı tam yerindədir. Yaxın günlərdə onlar evə buraxılacaq.
Fevralın 25-də Füzuli-Xocavənd istiqamətində qəhrəmancasına şəhid olan baş leytenant Şahlar Nəzərovun iki qardaşı da cəbhə bölgəsində qulluq edir. Şəhidin atasının ən böyük arzusu isə nəvələrinin də ataları kimi vətənə xeyirlii qəhrəman bir oğul olmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə