Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı "1918-ci il Bakının düşmən işğalından qurtuluşu" ilə bağlı Türk Şəhidliyini ziyarət edib. Bu barədə SİA-ya Təşkilatın rəhbəri Seymur Həsənli məlmuat verib. DAK Gənclər Təşkilatının rəhbərliyi və üzvləri ilə yanaşı, DAK Mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli, "Yeddi Dövlət – Bir Millət" Konseyinin rəhbəri Azər Həsrət də ziyarətçilər sırasında olub. Şəhidləri bir dəqiqəlik sükutla yad edən gənclər, onların ruhuna dualar oxuyub.
Çıxış edən DAK Gənclər Təşkilatı başqanı Seymur Həsənli 15 sentyabr tarixinin mahiyyətinə toxunub. O bildirib ki, 15 sentyabr 1918-ci ildə baş verənlər yalnız tarix deyil, həm də siyasətdir. Onun sözlərinə görə, türkü türkə qarşı qoymaq kimi planlar və projelər bu gün də hazırlanır.
Daha sonra çıxış edən DAK mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli daha böyük qurtuluşun hələ qarşıda olduğunu bildirib: "Quzey Azərbaycanın var olmasında 15 sentyabrda axıdılan Şəhid qanlarının mühüm rolu var. Məhz həmin Şəhidlərin və qazilərin sayəsində Azərbaycan Xalq Cümhuriyyəti əməldə öz müstəqilliyini elan edib".
Sonra DAK Gənclər Təşkilatının sədr müavini Hüseyin Günəşli, Yeni Nəfəs Gənclər Hərakatının sədri Mehman Həsən, DAK Gənclər Təşkilatı üzvü Sevinc Məhərrəmova və başqa gənclər çıxış edərək hər kəsi milli səfərbərliyə dəvət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB