Azərbaycanda hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılıb
Son dövrlərdə iqlim dəyişmələrinin təsirindən yaranan təhlükəli hidrometeoroloji hadisələrə nəzarətin gücləndirilməsi, proqnoz və erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi üçün hidrometeorologiya sahəsində yeni texnologiyaların tətbiqi, modernləşdirmə işləri müntəzəm olaraq davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təkcə 2016-cı ildə 30 ədəd ən müasir avtomat meteoroloji stansiya quraşdırılmış və onların sayı 68-ə çatıb.
Bundan başqa, iqlim məlumatlarının idarə olunması sistemi və müasir telekommunikasiya sistemi quraşdırılıb, bununla da hidrometeorologiyanın avtomatlaşdırma səviyyəsi 100 faizə çatdırılıb.
2017-ci ilin yanvarından hidrometeoroloji müşahidə məlumatlarının elektron qaydada toplanması təmin olunub, Ümumdünya Meteorologiya Təşkilatı ilə məlumat mübadiləsinin yeni sistem vasitəsi ilə həyata keçirilməsinə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB