Parlament "İşsizlikdən sığorta haqqında" qanunu qəbul edib

Parlament "İşsizlikdən sığorta haqqında" qanunu qəbul edib

Milli Məclisin bu gün keçirilən növbədənkənar sonuncu plenar iclasında yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir.

Layihəyə əsasən, işsizlikdən sığorta üzrə sığortaedənlərin və sığortaolunanların qeydiyyatı Sığortaolunanların və sığorta edənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanunun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun lahiyəsi ikinci və üçünce oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə