Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Bəsti Bağırova küçəsi ilə (İnşaatçılar pr-ti – C.Cabbarlı küç. arası) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən SİA-ya verilən məlumata görə, sözügedən küçədə məhdudlaşdırma təmir işləri bitənə qədər qüvvədə olacaq.
“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB