Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır

Bakıda daha bir küçədə hərəkət məhdudlaşdırılır

Bu gün səhər saat 10:00-dan etibarən Yasamal rayonu, Balababa Məcidov küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən SİA-ya verilən məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

Qeyd edək ki, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə