Gəncədə döyülmə faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 36 yaşlı Osman Orucov döyülmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə yerləşdirilib. İlkin məlumatlara görə, adıçəkilən şəxs tullantıların yığılmasına görə ödənişdən imtina edən vətəndaşlarla arasında baş verən mübahisə zəminində döyülüb. Xəstəxanaya yerləşdirilən zərərçəkənin vəziyyətinin normal olduğu bildirilir.
Qeyd edək ki, faktla bağlı araşdırmalara başlanııb.
Müəllif:İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB