Ermənistan Müdafiə naziri Viqen Sarkisyan keçirdiyi mətbuat konfransında çıxılmaz vəziyyətdə qalıb. Erməni müxalifətinin yazıdğına görə, Sarkisyan ona ünvanlanan sualar qarşısında aciz vəziyyətə düşüb, hətta sualları cavablandırarkən tər tökdüyü də gözlərdən qaçmayıb.
Azərbaycan ordusunun silahlanmasına münasibət bildirən işğalçı ordunun yüksək rütbəli rəsmisi etiraf edib ki, ölkəsi indiki vəziyyətdə Bakı ilə silahlanmaya tab gətirə bilmir. O, Azərbaycanın neft borularını, bağlanan iqtisadi müqavilələri xatırladıb və eyham vurub ki, Bakı bu müqavilələri təhlükə altında qoya bilməz. Erməni KİV-də Viqen Sarkisyanın açıqlamaları sarkazmla ifadə olunmaqdadır. Mətbuat müdafiə nazirinin açıqlamalarını qorxaqlıqladan qaynaqlanan və mənasız söz yığını adlandırıb.
Erməni siyasi politoloqları aprel hadisələrinə diqqət çəkərək bildiriblər ki, 4 günlük müharibədə rəsmi Bakı qarşıya qoyduğu hədəfə çatdı, lazım olan yüksəklik ələ keçirildi. Aprel döyüşlərində Bakının qarşısını nə nerft müqavilələri, nə də digər amillər kəsdi. Viqen Sarkisyanın fikirləri başa düşüləndir. Axı, o rəhbəri Serj Sarkisyandan cəhbədəki məğlubiyyətləri hər vəclə ört-bastır etmək üçün tapşırıq alıb. Bu həm də getdikcə aktualaşan müharibədən təşvişə düşən sadə erməniləri sakitəşdirmək üçün vacibdir. Hər bir halda lokal aprel döyüşlərindən sonra Ermənistanda başlanan növbəti köç yaddan çıxmayıb. O zaman ermənilər nəinki işğal atında olan rayonları, hətta İrəvanı tərk etdilər. Yaxşı başa düşülür ki, Moskvadan istismara yarasız silahlar almaqa Azərbaycan ərazilərini uzun müddət işğalda saxlamaq mümkün deyil. “Vahid ordu”, “Vahid komandanıq” kimi şüarlar isə sadəcə bu gün işləməyən populizimdir. Viqen Sarkisyanın jurnaistlər qarşısında söz tapa bilməməsinin yetərincə səbəbləri var.
Diversiya həmlələrinin uğursuzluğu, öldürülən erməni hərbiçilərin hər keçən gün artması mövcud rejmi tam mənası ilə rüsvay edib. Bu da Viqen Sarkiyanı hövsələdən çıxarır. Yeri gəlmişkən verilən sualar arasında “Siz itgiləri gizədirsiz Azərbaycan isə bunu etmir” sualı da olub. “Darhövsələli” Viqen Sarkisyanın “müharibə olmayacaq bizi qoruyurlar” deməsi də Ermənistanda başqa müzakirə mövzusuna çevrilib. Siyasi təhlilçilərin fikrincə İrəvan bununla bir daha qəbul edir ki, Ermənistanın Azərbaycanla hərbi müstəvidə danışmağa gücü çatmır. Dəyişən siyasi vəziyyət, Azərbaycanın düşünülmüş xarici siyasi kursu Dağlıq Qarabağ məsələsində Ermənistanı tamamilə təkləndirib. Azərbaycanın öz ərzilərində anti-terror əməliyyatları aparacağı təqdirdə üçüncü ölkənin açıq şəkildə Bakıya müharibə elan edəcəyi fikri reallıqdan çox uzaqdır. Bakı İrəvanın bu imkanlarını da dükədib.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə