Dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.
SİA-nın məlumatına görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev açıqlamasında faktı təsdiq edib.
O bildirib ki, idmançı ötən gün axşam saatlarında avtomobil qəzasında dünyasını dəyişib: “Hadisə barədə bu gün səhər saatlarında məlumat əldə etmişik. Zığ şossesində baş verib. Reyhan Məmmədova yolu keçərkən onu avtomobil vurub. Rəssamlıq Akademiyasını bitirmişdi, 22 yaşı var idi”.
Qeyd edək ki, Reyhan Məmmədova tanınmış idmançı İlqar Məmmədovun qızıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB