Türkiyədə Ramazan coşqusu

Ramazan ayının başa çatması münasibətilə Türkiyə Respublikasında iyunun 29-dək bayram tətili olacaq. Ölkədə rəsmi olaraq Ramazan bayramı iyunun 25-də qeyd olunur. Lakin vətəndaşların bayram səfərlərinə başlamaları ilə əlaqədar ölkənin uzun şoselərində böyük avtomobil tıxacları başlanıb.

Təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçiblər. Böyük körpülər və tunellər xüsusi nəzarətə götürülüb. Törədilə biləcək terror aktlarının qarşısını almaqla bərabər, yol -nəqliyyatı hadisələrinin də baş verməməsi üçün ciddi tədbirlər həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə