Sabunçuda Silahlı Qüvvələr Günü münasibətilə futzal turniri keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının, Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və idman İdarəsinin təşkilatçılığı ilə 26 İyun Silahlı Qüvvələr Gününə həsr olunan futzal turniri keçirilib. Balaxanı qəsəbəsində gənclər arasında keçirilən turnirdə 16 komanda iştirak edib. 3 komanda finala vəsiqə qazanıb. Finalda I yerə “Zülfüqar” komandası, II yerə “Balaxanı cudo klub”, III yerə isə “Balaxanı idman mərkəzi” komandaları çıxıb.
Turnirin sonunda YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən danışıb. Qeyd olunub ki, Azərbaycan gəncləri öz bilik və bacarıqları ilə daim öndə olublar, gənclərimiz bütün sahələrdə dövlətimizin inkişafı üçün güclərini səfərbər ediblər: “Biz gənclərimizlə qürur duyuruq. Ötən ilin aprel ayında cəbhədə aparılan əməliyyatlar zamanı Azərbaycan gənclərinin şücaətini bütün dünya gördü, əsgərlərimiz düşmənə yerini göstərdi, erməni mövqeləri darmadağın edildi. Dövlət başçımız gənclərin diqqət və qayğı ilə tam əhatə olunması üçün bütün zəruri addımları atıb. Hər bir Azərbaycan vətəndaşı gənclərimizlə qürur duya bilər. Ordumuz dünyanın ən güclü orduları sırasındadır, regionda isə öz lidelriyini qoruyub saxlayır”.
Digər çıxış edənlər də qalib komandaları təbrik edərək Azərbaycanda aparılan uğurlu dövlət gənclər siyasəti haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan bütün sahələr üzrə böyük uğurlar əldə edib, idman sahəsində misilsiz qələbələr, nailiyyətlər əldə etmişik. Bu gün dünyanın ən mötəbər tədbirləri də məhz Azərbaycanda keçirilir.
Samir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB