Prezidenti İlham Əliyev Fərman imzalayıb

Prezidenti İlham Əliyev Fərman imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir:

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” 2005-ci il mayın 16-da Varşava şəhərində imzalanmış Avropa Şurasının Konvensiyası Azərbaycan Respublikasının müvafiq qeyd-şərt və bəyanatları ilə (mətnləri əlavə olunur) təsdiq edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə