Şəmkirdə bu il üçün biçinə hazırlıq işləri yekunlaşıb. Aqrolizinq Açıq Səhimdar Cəmiyyətinin (ASC) Şəmkir Regional bölməsindən verilən məlumata görə, biçinlə bağlı qurumun balansında olan texnikalar tam hazır vəziyyətə gətirilib. Azər Əliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, hazırda 40-a yaxın kombayın işlək vəziyyətdədir. Ehtiyac olacağı təqdirdə bu say artırılacaq. Texnikalar arasında 2014-cü ildə gətirilən və ən müasir tələblərə cavab verən kombayınlar da var. Məqsəd biçin zamanı məhsul itgisinə yol verilməməsidir. Mövsümlə olaraq Aqrolizinq ACS-nin Şəmkir Regional Bölməsi gücləndirilmiş iş rejimində çalışır. Qurumun xidmətlərindən fermerlərlə yanaşı, sadə kənd əhalisi də rahatlıqla istifadə edir. Şəmkir rayonunda biçin yaxın günlərdə start götürəcək.
Hazırda isə Aran bölgəsində biçin aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB