Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi keçirilib
Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasında əməliyyat-taktiki fakültəsinin, həmçinin strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun buraxılışına həsr olunan mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni ifa olunub. Mərasimdə məruzə ilə çıxış edən akademiyanın rəisi, general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb və məzunları təbrik edərək onlara uğurlar diləyib.
Məzunlar adından çıxış edən polkovnik Eldar Abdullayev və polkovnik-leytenant Rüstəm Cavadov xatirə lövhələrini yaş kötüyünə vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB