“Cinema Plus Gənclik Mall” da keçirilən “Ulduzlu Məzuniyyət” proqramında xalq yazıçısı Çingiz Abdullayev, Xənnas filmi yaradıcı kollektivi və Odlar Yurdu Universiteti məzunları bir araya gəlib.
Universitetin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Odlar Yurdu Universitetinin beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru Ceyhun Osmanlı universitet üçün öz tələbə və məzunlarının hər zaman prioritet təşkil edəcəyini bildirib. İş həyatına atılan gənclərə uğurlar diləndi və hər zaman inkişafda olan Azərbaycan dövlətində gənclərimizin layiqli işlə təmin olunması üçün çox sayda imkanların olduğu vurğulayıb. Eyni zamanda universitetin gələcək hədəflərindən söz açıldı və qonaqlara universitetin məzunlarına göstərdiklərə diqqətə görə təşəkkür edilib.
Tədbir rəsmi və bədii olmaqla iki hissədən ibarət keçirilib. Tədbirin rəsmi hissəsində xüsusi qonaq kimi dünya şöhrətli Azərbaycan xalq yazıçısı, publisist Çingiz Abdullayev çıxış edib. Odlar Yurdu Universitetində dəfələrlə qonaq olduğunu diqqətə çatdıran Çingiz Abdullayev görüşün təşkilinə və keçirilməsinə görə öz təşəkkürünü bildirib. O, Azərbaycanda kitab mütaliəsinin az olduğunu təəssüf hissi ilə qeyd edib və bütün gəncləri kitab oxumağa səsləyib. Gələcəyimizin gənc nəslin maarriflənməsindən asılı olduğunu deyən yazıçı onların cəmiyyət üçün yararlı fərd kimi formalaşmasında mütaliənin böyük rolu olduğunu söyləyib və gənclərə qiraət etməyi tövsiyyə edib. Yazıçı əsərlər yazarkən həmin insanların hansı hisslər keçirdiyini, bir anlığa həmin rolların yerində özünü hiss etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Gənclər bu önəmli görüşdən çox məmnun olduqlarını həm alqışları, həm də sualları ilə ifadə edib.
Bədii hissədə Azərbaycanda ilk dəfə qorxu janrında çəkilən və nümayiş olunduğu gündən etibarən tamaşaçıların böyük marağına səbəb olan “Xənnas” filminin Odlar Yurdu Universitetinin məzunları üçün qapalı nümayişi təqdim olunub. Filmin prodüseri və baş rejissoru Elvin Abdulla gənclərin böyük alqışlarına səbəb olub. Daha sonra filmin qəhrəmanları Pərvin Abiyeva, Hikmət Rəhimov, Zarina Qurbanova, Türkay Cəfərli, Nərgiz Əliyeva, Qorqud Cəfər səhnəyə dəvət olunub. Filmin yaradıcı qrupu Odlar Yurdu Universiteti kollektivi ilə ünsiyyətdən məmnunluğunu ifadə edib.
Odlar Yurdu Universiteti innovativ layihələrini davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB