Səməd Seyidov: “Xarici dilləri mənimsəyərək Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana qovuşdurmaq sizin əsas vəzifəniz, bizim isə arzumuzdur” - MÜNASİBƏT

Səməd Seyidov: “Xarici dilləri mənimsəyərək Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana qovuşdurmaq sizin əsas vəzifəniz, bizim isə arzumuzdur” - MÜNASİBƏT
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov yeni dərs ilinin başlaması münasibətilə I kurs tələbələri ilə görüşüb. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru S.Seyidov universitetin yeni tədris ilində uğurlarından və yeniliklərindən danışıb. ADU-nunu bir ali məktəb olaraq beynəlxalq tədbirlərdə, layihələrdə iştirak etdiyini deyən deyən rektor, bunu həm də beynəlxalq əlaqələrin vacibliyinən irəli gələn bir məsələ kimi qiymətləndirib. 2010-2011-ci tədris ilində rəhbərlik etdiyi təhsil ocağına üz tutanların çox olmasından şərəf hissi keçirdiyini söyləyən S.Seyidov bu il dövlət sifarişi əsasənda universitetə gələnlərin sayının çox olmasını vurğulayıb.

"Təhsil sistemində ən yüksək reytinqə malik ali məktəblərdən birinə daxil olmaqda yanılmamısınız. Xarici dilləri mənimsəyərək Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana qovuşdurmaq sizin əsas vəzifəniz, bizimsə arzumuzdur. Bu arzumuzu yerinə yetirmək üçün siz tələbələrlə birgə işləyəcəyik. Biz siz tələbələrə bütün şəraiti yaradırıq, sizdən isə aktivlik tələb edirik. Universitetin qapısı bütün ali məktəblər üçün açıqdır. Burada yarsadılmış şərait yalnız büzim tələbələr üçün yox, bütün Azərbaycan vətəndaşları üçündür", - deyə o əlavə edib.

Çıxışının sonunda universitetin rektoru S.Seyidov yeni dərs ili münasibətilə bütün müəllim və tələbə kollektivini təbrik edib, onlaar gələcək fəaliyyət və işlərində uğurlar arzulayıb.

Tədbirin davamında ADU-ya yüksək balla qəbul olunan 14 tələbəyə müxtəlif hədiyyələr təqdim olunub. Tədbir universitet həyatını özündə əks etdirən fotoşəkillərdən ibarət slaydın nümayişi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə