Nəsimi rayonunda Ramazan bayramı münasibətilə iftar süfrəsi təşkil olunub
Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal alıb.
Nəsimi RİH-dən SİA-ya verilən məlumata görə, növbəti belə tədbirlərdən biri də rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilib.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. “Kərbəlayi Abdulla məscidi” dini icmasının rəhbəri Hacı Ağasəlim Səlimov və digər din xadimləri müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını çatdrıblar.
Mərasimdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar mərasimində iştirak edənləri salamlayıb və qeyd edib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir. Asif Əsgərov ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayıb, ölkə başçısının apardığı siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışıb.
İftarda iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB