İrlandiyada keçirilən beynəlxalq konfransda Azərbaycanın dövlət qulluqçuları iştirak edib

İrlandiya Respublikasının paytaxtı Dublində "Səmərəli idarəçilikdə Liderlik Akademiyasının rolu" mövzusunda keçirilən beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədr müavini Vəfadar Misirov, komissiyanın Beynəlxalq əlaqələr sektorunun müdiri Nərgiz İsmayılova və Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin baş məsləhətçisi Fuad Mayılov iştirak edib. DQMK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirə Azərbaycanla yanaşı, İrlandiya, Danimarka, Finlandiya, Niderland, Belçika, Estoniya, Litva, Polşa, Ukrayna, Ermənistan, Kanada, Monqolustan, Hindistan və Şimali İrlandiyanın da nümayəndələri iştirak ediblər.

Konfransda "Liderlik akademiyası", "Liderliyin inkişafı", "Liderliyin idarəetmətə rolu", "Dövlət qulluğuna kadrların seçilməsi" və digər mövzularda məruzələr dinlənilib. Məruzələr ətrafındakı çıxışında V.Misirov DQMK-nın fəaliyyəti, Azərbaycanda dövlət qulluğuna kadrların seçilməsi prosesi və liderliklə bağlı çıxışlar edib, konfrans iştirakçılarının suallarını cavablandırıb.

Konfrans çərçivəsində komissiya nümayəndələri Ukrayna, Belçika, Finlandiya, Hindistan və digər iştirakçı ölkələrin analoji qurumlarının nümayəndələri ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın qurulması və inkişafı barədə müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...