15-17 sentyabr tarixlərində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi , Almaniyanın "Remmers" və Avstriyanın "Atelier Erich Pummer GmbH" şirkətlərinin birgə təşkilatçılığı ilə "İnşaat qurğularının təhlili" mövzusunda seminar keçiriləcək. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbir İçərişəhərdə yerləşən "Atropat" otelində baş tutacaq. Seminarda layihələşdirmədən öncə obyektlərdə zədələrin təsnifatlaşdırılması və sistemləşdirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyi nəzərdə tutulur. Görüləcək işlər İçərişəhərdə yerləşən ökə əhəmiyyətli abidə olan Hacı Bani məscidinin nümunəsi əsasında aparılacaq.
Üç gün davam edəcək seminar proqramına restavrasiya olunacaq obyektin ilkin baxışı və vizual qiymətləndirilməsi, tədqiq olunan obyektin vəziyyətinin qeydə alınması və ilkin bərpa planına əsasən müəyyən edilmiş zədələrin təsnifatlaşdırılması daxildir. Tədbirin nəzəri hissəsinə almaniyalı mütəxəssislər G.Hilbert və D.Şiller, praktiki hissəsinə avstriyalı mütəxəssis E.Pummer rəhbərlik edəcək.
Qeyd edək ki, tədbir "Restavrasiyanın nəzəri və təcrübi əsasları" mövzusunda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən silsilə seminarlardan sayca üçüncüsüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB