Erməni yalanları bu dəfə Hollivudda keçmədi

Erməni yalanları bu dəfə Hollivudda keçmədi

Yadınızdadırsa 2016-cı ildə ABŞ-ın “Hollivud” kinoşirkəti erməni lobbisinin maliyyə və siyasi dəstəyi ilə “Vəd” filmi ilə eyni vaxtda “Osmanlı zabiti” filmini də ekranlaşdırmışdı. Zabit rolunu məşhur aktyor Ben Kinqsli oynadığı halda onun filmdəki anası rolunu İran əsilli amerikalı aktrisa, 2004-cü ildə “Oskar”, 2009-cu ildə isə “Emmi” mükafatını alan Şöhrə Ağdaşlı oynayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, iranlı aktrisa gözlənilməz çıxışı ilə yadda qalıb.

Ş.Ağdaşlı I Dünya müharibəsi zamanı Osmanlı İmperiyası ərazilərində yaşayan ermənilərin öldürüldüyü barədə açıqlama verib. Erməni mətbuatı isə bu faktı əllərində bayraq edərək tanınmış aktrisanın “erməni genosidi”ni tanıdığını tirajlamağa başlayıblar.

Xatırladaq ki, film tənqidçilər tərəfindən ən aşağı qiymət alıb. Filmin çəkilməsinə xərclənən vəsaitdən 10 dəfə az gəlir əldə edilib - 240.978 dollar. Ermənilər, xüsusən də “Osmanlı zabiti” filminin maliyyəçisi, filantrop Kirk Kerkoryan amerika filmsevərlərinin erməni yalanlarına belə münasibətindən əsəbləşiblər. Onlar ssenaridən çox, aktyorları daha yaradıcı oynamamaqda suçlayıblar. Təbii ki, hədəf baş rolun ifaçısı B.Kinqsli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə