Dolu və sel Hacıkəndə ciddi ziyan vurdu FOTO-VİDEO

Dolu və sel Hacıkəndə ciddi ziyan vurdu FOTO-VİDEO

Qərb bölgəsində müşahidə olunan leysan yağışları Gəncənin Hacıkənd qəsəbəsində sonradan doluya çevrilib. Güclü dolu səbəbindən qəsəbə infrastrukturuna ciddi ziyan dəyib.

Gəncə RİH-dən SİA-ya verilən məlumata görə, dolunun ölçüsü 3 sm-ə çatıb.

126 evdən 114-nün dam örtüyü, pəncərələri sınıb, bəzi evlərə sel suları dolub. Eyni zamanda sosial obyektlərə, əkin sahələrinə və 15-dək avtomobillərə ziyan dəyib. "Qoşa bulaq" yararsız hala düşüb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində olub və təxirəsalınmaz tədbirlərin görülməsi üçün göstərişlərini verib.

Dəyən ziyanın miqdarını müəyyənləşdirmək və fəsadları aradan qaldırmaq üçün şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri Hacıkənddə tədbirlərə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə