Movses Akobyan baş qərargah vəzifəsini itirdi
Cəbhə bölgəsində baş verən son hadisələr Ermənistan cəmiyyətində olduğu kimi, hərbi dairələrində də təsirsiz ötüşməyib. Ermənistanın “Jovoxurd” qəzetinin verdiyi məlumata görə, Ermənistan ordusunun baş qərargah rəisi Movses Akobyan vəzifəsini itirib. Uğursuz rəisi bu postda general-mayor Onik Qasparyan əvəz edəcək.
Mənbə məlumat verir ki, O.Qasparyanın bu yaxınlarda prezident S.Sarkisyan tərəfindən baş qərargah rəisinin müavini vəzifəsinə təyin etməsi əslində bu dəyişikliyin olacağına bir işarə idi. Movsesyanın gələcək taleyi ilə bağlı hələlik heç bi məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB