Paytaxtın bu ərazisində hərəkət mədudlaşdırılır

Paytaxtın bu ərazisində hərəkət mədudlaşdırılır

Bu gün səhər saatlarından Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılır.

"Azəravtoyol” ASC-dən SİA-ya verilən məlumata görə, bu küçədə işlərin aparılması ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən iş gedən ərazidə diqqətli olmalarını xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə