AZAL-ın təyyarəsi texniki nasazlığa görə eniş edib

AZAL-ın təyyarəsi texniki nasazlığa görə eniş edib

Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdib.

AZAL-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, havaya qalxdıqdan sonra “Boeing 767” hava gəmisinin kapitanı geri qayıtmaq barədə qərarı verib və Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə