Azərbaycanda idmanın inkişafına, təbliğatına xidmət göstərən “Sport Time” jurnalının növbəti sayı çapdan çıxıb. Jurnalın bu sayı Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunub. Dərgidə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti cənab İlham Əliyevin IV İslam Həmrəyliyi Oyunlarında iştirakı, Oyunlara aid nitqi, Xəzərdən başlayan su səyahəti, İslamiadanın möhtəşəm açılış və bağlanış mərasimi yer alıb.
Bundan başqa, jurnalda Bakı-2017-də ölkəmizin birinci yeri qazanması da əksini tapıb.
Qeyd edək ki, dərgidə MOK-un baş katibi, millət vəkili, professor Ağacan Abiyev, tanınmış içtimai xadim, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Füzuli Məmmədovla bağlı məqalələr yer almaqdadır. İslamiadanı uğurla başa vuran bir neçə federasiya və klublar barədə məlumatlar da “Sport Time”ın budəfəki sayında işıqlandırılıb.
Onu da qeyd edək ki, jurnalda idmançıların ən çox müraciət etdikləri Artromed Tibb Mərkəzinin fəaliyyəti ilə də tanış olmaq olar. Belə ki, dərgidə klinikanın idman travmaları, oynaq və onurğa sütunu xəstəlikləri zamanı apardığı uğurlu müalicə metodlarından bəhs edilib.
Məlumat üçün bildirək ki, jurnalda “Sport Time”nin təqdimetmə mərasimləri, müxtəlif görüşlər, tanınmış ziyalı və idman xadimlərinin dərgi ilə bağlı fikirləri də qələmə alınıb.
Jurnalın “Fotoların dili ilə” rubrikasının budəfəki qonağı isə Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan olub. “Balaca istedadlar” rubrikasında isə dərs əlaçısı, istedadlı şagird Nəzrin Əhmədovadan bəhs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB