Deputatlarımız Astanaya gedəcəklər

Deputatlarımız Astanaya gedəcəklər

Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev “İnnovativ iqtisadiyyata qanunvericilik dəstəyi” adlı beynəlxalq konfransda iştirak etmək üçün iyunun 19-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər.

Parlamentin mətbuat xidmətinin məlumatında deyilir ki, tədbir Qazaxıstan Parlamenti Məclisi tərəfindən bərpa olunan və alternativ enerji mənbələrinə həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq Sərgisinin hədəf və məqsədlərinin təşviqi ilə bağlı həyata keçirilir.

Deputatlarımız səfər çərçivəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının ətraf mühit və təbii ehtiyatlar komissiyasının 3-cü iclasına da qatılacaqlar. Toplantıda “Alternativ enerji mənbələrinin inkişafı” mövzusunda müzakirələr aparılacaq. Səfər iyunun 22-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə