Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilb. Bakı Nəqliyyat Agentliyindən (BNA) SİA-ya verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
“Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”, - deyə məlumatda vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB