Ukraynanın ədliyyə naziri Azərbaycana ilk dəfə rəsmi səfərə gəlir

Ukraynanın ədliyyə naziri Azərbaycana ilk dəfə rəsmi səfərə gəlir

Ukraynanın ədliyyə naziri Pavlo Petrenko iyunun 23-də Azərbaycana ilk dəfə rəsmi səfərə gələcək.

SİA-nın verdiyi məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyindən bildiriblər ki, səfər çərçivəsində ukraynalı nazir azərbaycanlı həmkarı Fikrət Məmmədov və başqa rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə ikitərəfli münasibətlər və onların inkişaf perspektivləri, ölkələrimiz arasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Səfər iyunun 25-də başa çatacaq.

Qeyd edək ki, P.Petrenko 2014-cü ildən Ukraynanın ədliyyə naziridir.

Bütün xəbərlər Facebook səhifəmizdə