Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Caucasus International” (CI) jurnalının dərc edilməsinin 5 illiyinə həsr edilmiş "Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Dr. Fərhad Məmmədovun açılış nitqi ilə başlayıb.
Moderatorunun jurnalın baş redaktoru Azad Qəribovun olduğu “Cənubi Qafqaz və qlobal aktorlar: Qarşılıqlı əlaqələr, maraqlar və gözləntilər” mövzulu birinci paneldə SAM-ın direktoru Dr. Fərhad Məmmədov, Aİ – nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin birinci müşaviri və Siyasi, iqtisadi, mətbuat və informasiya şöbəsinin müdiri Denis Daniilidis, Rusiyanın “Valday” Forumunun Proqram direktoru Andrey Suşentsov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayzə, Çin Beynəlxalq Münasibətlər İnstitutunun Vitse-Prezidenti Xu Jian çıxış edib.
Moderatorunun “Caucasus International” jurnalının icraçı redaktoru Husrev Tabakın olduğu “Cənubi Qafqaz və qonşuluğu: Regional əməkdaşlıq və ortaq çağırışlar” mövzulu ikinci paneldə Türkiyənin Avrasiya Araşdırmaları Mərkəzinin Direktoru Alev Kılıç, Almaniyanın Boxum Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Sülh və Hərbi Münaqişələr Hüququ İnstitutunun direktoru Hans-Yoaxim Hayntze, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Dr. Gülşən Paşayeva, İranın Şəhid Behişti Universitetinin Region Araşdırmaları İnstitutunun müəllimi Hamidreza Azizi, Gürcüstanda yerləşən Beynəlxalq Qara Dəniz Universitetinin müəllimi Georgi Mçedlişvili, Qazaxıstanın Beynəlxalq Türk Akademiyasının eksperti Timur Kozırev olmuşdur. Daha sonra tədbir regiona dair müxtəlif müzakirələrlə davam edib.
Konfrans SAM-ın direktoruDr.Fərhad Məmmədovun yekun nitqi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB