Millət vəkili yeni dərs ilində tələbələrlə görüşəcək

Millət vəkili yeni dərs ilində tələbələrlə görüşəcək
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşəcək. Bu barədə SİA-ya ADU-nun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova məlumat verib.

Tədbir dövlət himninin səslənməsi ilə başlayacaq və sonra universitetin rektoru S.Seyidov açılış nitqi ilə çıxış edəcək. Görüşdə ADU-ya yüksək balla qəbul olunan 14 tələbəyə müxtəlif hədiyyələr təqdim olunacaq. Tədbir universitet həyatını özündə əks etdirən fotoşəkillərdən ibarət slaydın nümayişi ilə yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə