Qaçqın və məcburi köçkünlərə bayram sovqatı paylanıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Qaçqın və məcburi köçkünlərə bayram sovqatı paylayıb. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ARDNŞ Ramazan bayramı və 18 oktyabr – Dövlət Müstəqilliyi günü münasibəti ilə şirkətinin himayəsinə verilən Ağdam rayonu ərazisində yerləşən "Dördyol 1, 2" və "Təzəkənd" qəsəbələrində məskunlaşan 7500 nəfər məcburi köçkünə 79550 (yetmiş doqquz min beş yüz əlli) manat, Sumqayıt şəhərində məskunlaşan 1680 nəfər məcburi köçkün və şəhid ailələrinə 17640 (on yeddi min altı yüz qırx) manat, Tərtər şəhərində məskunlaşan 10570 nəfər məcburi köçkünə 115500 (yüz on beş min beş yüz) manat, Füzuli rayonunun Əhmədalılar, Mirzənağılı və Qazaxlar kəndlərində məskunlaşmış 4000 nəfər məcburi köçkünə isə 42000 (qırx iki min) manat məbləğində ərzaq yardımı aparılıb.

ARDNŞ-nin bayram sovqatına un, yağ, düyü, şəkər tozu və çay daxil edilib. Ramazan bayramı günlərində ARDNŞ-nin qaçqınlara və məcburi köçkünlərə göstərdiyi ərzaq yardımının ümumi məbləği 254690 (iki yüz əlli dörd min altı yüz doxsan) manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə