Gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub TƏDBİR
"15 iyun-Qurtuluş Günü" münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının və Sabunçu rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. Ekskursiyada YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, partiyanın fəalları, gənclər iştirak ediblər.
Heydər Əliyev Mərkəzinin əməkdaşı iştirakçılara qeyri-adi və unikal tikili haqqında məlumat verərək bildirib ki, müasir Bakının simvollarından biri hesab edilən Mərkəzdə Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Ekskursiya zamanı şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əks etdirən eksponat, fotostend, kitablarla tanış olublar. Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi məqsədi daşıyan ekskursiyada Ulu Öndərin zəngin irsi haqqında gənclərə ətraflı məlumat verilib. Qeyd olunub ki, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnək olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB