Dövlət Aqrar Universitetində Milli Qurtuluş günü qeyd olunub

Dövlət Aqrar Universitetində Milli Qurtuluş günü qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Milli Qurtuluş gününə həsr olunan tədbir keçirilib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə həmin dövrdə ölkədə cərəyan edən ağır siyasi duruma nəzər salınıb. Bildirilib ki, 1993-cü ilin 15 iyunu vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar əsl qurtuluş, ölüm-dirim mübarizəsi aparıblar. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan dahi şəxsiyyət Heydər Əliyevdir.

Tədbirdə tələbələr arasında Milli Qurtuluş Gününə həsr olunan “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” inşa-yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Müəllif:İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə