Qaradağ rayonu Koreya ilə məqsəd və niyyət protokolu imzaladı FOTO
Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonun meri cənab Sung, Jang Hyun və onu müşaiyət edən nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri çərçivəsində Qaradağ rayonunda ikitərəfli işgüzar görüşlər keçirilib.
Qaradağ RİH-dən SİA-ya verilən məlumata görə, Seul şəhərinin Yonqsan rayonun meri cənab Sung, Jang Hyun və onu müşaiyət edən nümayəndə heyəti Lökbatan qəsəbəsində ucaldılan Ümumilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq xatirəsi böyük ehtiramla yad edilib. Koreyalı qonaqlar Heydər Əliyev Mərkəzində Ümummilli lider H.Əliyevin həyatını və onun siyasi fəliyyətini əks edən foto stendlə tanış olublar. Nümayəndə heyətinə Ümummilli lider Heydər Əliyevin həyatı, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri və siyasi fəaliyyəti haqda ətraflı məlumat verilib.
Həmin gün Koreyalı qonaqlar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən qəbul edilmiş və nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilib.
Görüşdə qonaqları səmimi salamlayan S.Mikayılov ötən son 25 il ərzində Koreya və Azərbaycan Respublikası arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən geniş məlumat verib.
Ötən müddət ərzində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə nəhəng sosial-iqtisadi layihələrin həyata keçirildiyini, Dövlət Proqramlarının uğurlu icrası, qeyri neft sektoru və sənayenin inkişafı, ölkənin mövcud iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti və iş adamlarına tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun sənayesi, sosial-iqtisadi inkişaf göstəriciləri və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi haqqında geniş məlumat verilib.
Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonun meri cənab Sung, Jang Hyun rəsmi dəvət və səmimi qəbul üçün Rayon İcra Hakimiyyəıtinin başçısı S.Mikayılova nümayəndə heyyəti adından təşəkkürünü bildirmiş, həmçinin keçirilən görüşün və gələcək prespektivləri haqda geniş məlumat verib.
Cənab Sung, Janq Hyun ölkələrimiz arasında möcvud əlaqlərdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini qeyd edib.
Görüşdə ölkələr arasında mövcud olan, iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası ənənəvi dostluq və diplomatik münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə niyyət protokolu imzalandı.
Görüşdə ölkəmizin iqtisadiyyatını və Qaradağ rayonunun zəngin sənaye potensialını və sosial-iqtisadi inkişafını əks etdirən təqdimat nümayiş etdirilib.
Keçirilən görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb, Koreyalı iş adamlarının ölkəmizin və Qaradağ rayonunun iqtisadiyyatına investisiyalar yatırılmasına dəvət edilib və bu əlaqlərin qarşılıqlı davam etdirilməsi qərara alınıb.
Səfər çərçivəsində qonaqlar Bakının tarixi və gəzməli yerləri ilə, H.Əliyev mərkəzi, Xalca muzeyi həmçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın fəaliyyəti ilə və Qobustan Dövlət Tarix-Bədii Qoruğunda eksponatlarla yaxından tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB