Milli Məclisdə MTK-ların sakinlərdən pul yığmasına etiraz edilib

Milli Məclisdə MTK-ların sakinlərdən pul yığmasına etiraz edilib

"Yeni hündürmərtəbəli binalarda mənzil tikinti koorporativləri kommunal xərcləri yığırlar. Elə yerlər var ki, bir mənzil üçün 150-200 manat aylıq pul alınır. Sanki, kirayə haqqı ödənilir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında Mənzil Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunarkən deyib.

Hündürmərtəbəli binlarda yığılan pulların hamısının dövlət büdcəsinə daxil olmasında müəyyən şübhələrin olduğunu deyən deputat qeyd edib ki. belə olan halda, insanların pulları kimlərinsə cibinə daxil olması dügün deyil.

Millət vəkilinin sözlərinə görə, bir bloklu mənzillərdə mühafizəçiyə ehtiyac yoxdur: “Texnologiya inkişaf edib, ona görə də mühafizəçi olmaya da bilər. Lift pulu ilə bağlı da fərqli yanaşma olmalıdır, binanın 16-cı mərtəbəsindəki mənzillə aşağı mərtəbələrdəki mənzillər arasında fərq olmalıdır, bunların pulu eyni ola bilməz. MTK-lar binadakı təmizlik işlərinə, bir də, 5-7 ildənbir binanın fasadını yeniləyirlər, əvəzində xeyli pul alınır”.

Müzakirələr zamanı çıxış edən millət vəkili Elmira Axundova və digərləri MTK-ların sakinlərdən pul yığmasına etiraz edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə