Xoş ətirli Ordubad limonu VİDEO

Ordubadlıların başlıca məşğuliyyət sahələrindən biri də onların limon yetişdirmələridir. Ordubad limonunu fərqləndirən əsas cəhət tərkibinin efir yağları və minerallarla zəngin olmasıdır. Ordubad limonu görünüşü və rəngi ilə də digər limonlardan fərqlənir.

Olduqca saf və şəffaf görüntüyə sahibdir. Buna da səbəb torpağın faydalı elementlərlə zənginliyi, suyun və havanın saflığıdır. Ona görə də Ordubad limonunun bir ədədi 5-15 manat arası satılır.Bu bölgədə hər ailə limonçuluq təsərrüfatı ilə məşğul olmasa da, evinin, həyətinin ən əziz bir guşəsində bir dənə də olsa, limon dibçəyinə rast gələrsən. Ordubadlılar limonu həm də bərəkət simvolu kimi qəbul edirlər.

Naxçıvan televiziyasının əməkdaşları Naxçıvanın əvəzsiz nemətlərindən olan Ordubad limonu ilə bağlı veriliş hazırlayıb.

Müəllif: Xaliq Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə