“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə mühazirələr dinlənilib

“İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə mühazirələr dinlənilib

İyunun 9-da Xaçmazdakı Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə növbəti mühazirələr dinlənilib. İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru , AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Heydər Əliyev Mərkəzində “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda məruzə edib.

Mühazirədə son illərdə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən bəhs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə