Nazir müavini: “Sosial müavinətlərin artımı 360 minə yaxın əhalini əhatə edir”

Nazir müavini: “Sosial müavinətlərin artımı 360 minə yaxın əhalini əhatə edir”
"Bu yaxınlarda cənab prezidentin fərmanı ilə baza pensiyasının artırılmasından sonra sosial müavinətlərın və təqaüdlərin məbləğləri artırıldı". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib. O bildirib ki, müavinətlər cürbəcür məbləğdə artırılıb, bəziləri 10 manat, bəziləri 15 manat, şəhid ailələri 50 manat və s. Nazir müavinin sözlərinə görə, ümumilkdə bu artım 360 minə yaxın əhalini əhatə edir: "Fərmanın icrası ilə bağlı nazirlikdə əmr verilib, bütün yerli qurumlara fərmanın təsdiqi ilə bağlı tapşırıqlar verilib. Eyni zamanda, Maliyyə Nazirliyi ilə yeni məbləğlərin maliyyələşdirilməsi ilə bağlı vəsaitlərin ayrılması məsələsi həll olunub. Hesab edirəm ki, fərmanın icrası ilə bağlı heç bir problem olmayacaq və vətəndaşlar yeni məbləğlərini vaxtında alacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə