Azərbaycan və Fransa arasında yeni Tvinninq layihəsinə start verilib
Azərbaycan və Fransa arasında yeni Tvinninq layihəsinə start verilirb. SİA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Fransa Beynəlxalq Münasibətlərin İnkişafı və Əlaqələndirilməsi Agentliyi (ADECRİ) Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin dəstəyi ilə yeni Tvinninq layihəsinə başlayıblar. Bu gün Fransa və Azərbaycan Respublikalarının sosial müdafiə sahəsində fəaliyyət göstərən dövlət qurumlarını birləşdirən bu layihənin rəsmi açılış mərasimi keçirlib. Mərasimdə nazir müavini İlqar Rəhimov, Fransa Respublikasının Azərbaycandakı səfiri Qabriel Keller, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin müvafiq olaraq "Maliyyə və müqavilələr" bölümünün başçısı və proyekt direktoru cənab Stefan Stork və cənab Kristof Kasillas iştirak ediblər.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Avropa İttifaqı tərəfindən maliyyələşdirilən 18 aylıq layihənin Azərbaycan hökumətinə sosial müdafiə sistemində həyata keçirdiyi islahatlarda dəstək göstərəcəyini qeyd edib. O, layihənin əsas məqsədinin aktual hesablamalar, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahəsində ƏƏSMN-in potensial imkanlarının artırılması olduğunu bildirib. Qeyd edək ki, layihə üç əsas komponentdən ibarətdir:
Komponent 1: "Strateji planlaşdırma, imkan və bacarıqların artırılması"
Bu komponentin məqsədi ƏƏSMN-ə ən qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslanan məlumatların təhlili və proqnozlaşdırma qurumunun yaradılmasında hərtərəfli dəstək göstərməkdir.
Komponent 2: "Təlimlər"
Bu komponentin məqsədi ƏƏSMN-nin işçi heyətinin, sosial siyasət strategiyasının planlaşdırılması üçün məlumat bazalarının təhlili sahəsində bilik və bacarıqlarının artırılmasıdır. Komponent 3: "İnformasiya sistemləri və məlumat mübadiləsi"
Bu komponentin məqsədi isə müvafiq qurumlar arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi və məlumat sistemlərinin davamlı fəaliyyət göstərməsini təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB