“Azəravtoyol” ASC tərəfindən bu gün səhər saat 10:00-dan etibarən Bakı-Qazax magistral avtomobil yolunun 47 km-dən 72 -ci km-ə kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.
“Azəravtoyol” ASC-dən SİA-ya verilən məlumata görə, işlərin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkətində tam və qismən məhdudlaşdırılma olacaq.
Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sürət həddinə nəzarət etmələrini xahiş edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB