Bu gün Azərbaycanın Milli Qəhrəmanı İsrafil Şahverdiyevin doğum günüdür. SİA-nın verdiyi məlumata görə, İsrafil Şahverdi oğlu Şahverdiyev 1952-ci il iyunun 11-də Laçın rayonu Unannovu kəndində anadan olub. O, milis (polis) zabiti kimi Qarabağ müharibəsində fəal iştirak edib, onun bacarığı nəticəsində erməni casusları zərərsizləşdirilib, Salatın Əsgərovanın qatillərinin ələ keçiriməsində müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi rota 1992-ci ilin sentyabrında Hocaz yüksəkliyi və Hocaz kəndi uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərib, 1994-cü ilin yanvarında Füzuli rayonunun Horadiz qəsəbəsi və daha 4 kəndini düşməndən azad edib. Cəsur komandir 1994-cü il yanvarın 13-də Füzulinin kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanınında dəfn edilib. Laçın rayonu orta məktəblərindən biri onun adını daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB