Əsgərləri daşıyan avtobus qəzaya uğradı

Əsgərləri daşıyan avtobus qəzaya uğradı

Türkiyənin Samsun şəhərində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtobusun aşması nəticəsində 46-sı əsgər olmaqla 47 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Onların həyatı üçün təhlükə olmadığı bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə