“Dəniz kuboku - 2017” müsabiqəsinin planlaşdırma konfransı keçirilib FOTOLAR
Bakıda Azərbaycan, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri nümayəndə heyətlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin Xəzər dənizindəki ərazi sularında keçirilməsi nəzərdə tutulan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin planlaşdırma konfransı keçirilib.
Konfrans zamanı müsabiqənin keçirilmə qaydaları, təhlükəsizlik məsələləri, həmçinin yarışlar zamanı təşkil olunacaq mədəni-ictimai tədbirlər müzakirə edilib. Sonra konfrans iştirakçıları tərəfindən müsabiqənin keçiriləcəyi təlim-tədris kompleksinə baxış keçirilib.
Sonda konfransın yekun protokolu imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB