Yeniyetmələrin, uşaqların və məktəblilərin o cümlədən, məcburi köçkün və qaçqın ailələrindən olan uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərəivəsində növbəti tədbir keçirilmişdir. Tədbir 9 iyun 2017-ci il tarixdə Sabuçu rayonunun ərazisində salınmış Ramana-450 qəsəbəsində məskunlaşan Şuşa rayonundan olan məcburi köçkün ailələrindən olan uşaqların təhsil aldıqları 1 saylı Malbəyli tam orta məktəbdə təşkil edilmişdir.
Tədbirdə AFFA-nın 1 vitse-prezidenti, millət vəkili Rauf Əliyev, 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş deputat Flora Qasımova, YAP Şuşa rayon təşkilatının sədri, təhsil şöbəsinin müdiri Təvəkkül Əliyev, Malbəyli kənd 1 saylı tam orta məktəbin direktoru Günəş Hüseynova, Şuşa rayon Uşaq Gənclər İdman məktəbinin direktoru Əbülqasım Novruzov, layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Xankəndindən seçilmiş deputat Flora Qasımova çıxış etdilər. Çıxış edənlər bildirdilər ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin, məktəblilərin o cümlədən məcburi köçkün və qaçqın ailələrindən olan uşaq və yeniyetmələrin və məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Qeyd olunmuşdur ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Birinci Avropa Oyunlarında, RİO-2016-da və Bakıda keçrilmiş İslam Həmrəylik Oyunlarında əldə olunan yüksək nəticələr buna bariz nümunədir. Qeyd olunub ki Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə məcburi köçkün və qaçqın ailələrinin o cümlədən Şuşa rayonundan olan məcburi köçkün ailələrinin sosial şəraitlərinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçrilib və bu istiqamətdə işlər davam etdirilir. Bu qəsəbənin salınması bunun bariz nümunəsidir. Eyni zamanda tezliklə işğal altında olan rayonlarımızın o cümlədən Şuşanın da azad olunacağına və məcburi köçkünlərin öz doğma ata-baba yurdlarina qayıdacaqlarına əminlik ifadə olunub.
Tədbirin sonunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən uşaqlara müxtəlif idman ləvazimatları paylanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB