Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən SİA-ya verilən məlumata görə, qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə