Naxçıvanlı gənc alim Rusiyanın Təbiətşünaslıq Akademiyasının professoru seçilib

Naxçıvanlı gənc alim Rusiyanın Təbiətşünaslıq Akademiyasının professoru seçilib

AMЕA Naхçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel MəmmədovaRusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru seçilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, gənc alim bu ada elm sahəsindəki xidmətlərinə, sözügedən müəssisə ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Günel Məmmədova100-dən çox elmi məqalənin, 3 kitabın müəllifidir. Onun yerli xammal əsasında alınan “Erionit tipli seolitin alınma üsulu” və “Tomsonit tipli seolitin alınma üsulu” adlı ixtiraları Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patentinə layiq görülüb.

Bundan əlavə, gənc alim ötən il Krasnoyarsk şəhərində fəaliyyət göstərən Elmi-İnnovasiya Mərkəzi tərəfindən elmi tədqiqatların inkişafında roluna görə Fəxri fərmanla təltif olunub. Günel Məmmədovanın bir neçə məqaləsi ABŞ-ın nüfuzlu “Şüşənin fizikası və kimyası” (Glass Physics and Chemistry) jurnalında rus və ingilis dillərində nəşr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə