Tanınmış araşdırmaçı jurnalist Samir Feyruzovun bacısı Ramilə Feyruzova bu gün səhər saatlarında yol qəzasının qurbanı olub. SİA-nın verdiyi məlumata görə, hadisə səhər saatlarında Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.
Belə ki, R.Feyruzova piyada keçidini keçərkən sürətlə hərəkət edən avtomobil tərəfindən vurulub və hadisə yerindəcə keçinib.
Xatırladaq ki, Samir Feyruzov uzun müddətdir jurnalist fəaliyyəti ilə məşğuldur. Müxtəlif telekanal və informasiya agentliklərində çalışıb. Hazırda "Səs" Media Qrupda fəaliyyət göstərir.
Redaksiya kollektivi adından Samir Feyruzova başsağlığı verir və ailəsinə səbr diləyirik.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB