DAK-ın Qurultayı dekabrda keçiriləcək

Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib. DAK-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən qurultayın dekabrın birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 11 dekabr Dünya İnsan Haqları Günü və 12 dekabr 21 Azər Hərəkatına (1945-ci il Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət qurulub) təsadüf etdiyindən Qurultayın məhz həmin ərəfədə keçirilməsi və həmin günlərlə bağlı tədbirlərin düzənlənməsi də nəzərdə tutulub.

Eyni zamanda iclasda Güney Azərbaycanda həbsə alınmış milli fəallarla bağlı xarici ölkələrdə və Azərbaycanda tədbirlərin keçirilməsi qərara alınıb. Bundan əlavə, yığıncaqda DAK Daimi Şurasının sədri, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Əjdər Tağızadə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sözçüsü seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə